Sosial 

Azad olunan ərazilərin qazlaşdırılması prosesi gedir – Xüsusi qruplar yaradılıb

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:

“Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

Daha çox xəbərlər