Azərbaycanın valyuta bazarındakı vəziyyət haqda Elman Rüstəmovdan AÇIQLAMA
Bu ilin əvvəlindən etibarən yalnız yanvarda xarici valyutata tələbin artması müşahidə olunub, ümumilikdə isə Azərbaycanın valyuta bazarında sabitlik qalır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, artan tələb həm nağd, həm də nağdsız valyuta üçün müşahidə olunub:
“Növbəti aylarda balans bərpa olunub. Dövlət Neft Fondu 140 milyon dollara qənaət edib”.E.Rüstəmob vurğulayıb ki, hazırda valyuta bazarında kəsir müşahidə olunmur..

