Rusiyalı deputatlar Allahverdi Bağırovun məzarı önündə – FOTO
Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.
“Report”un məlumatına görə, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.
Rusiyalı deputat və ekspertlərdən ibarət heyət Ağdamda Qarabağ xanlarının türbələrinin olduğu İmarət qəbiristanlığını, eləcə də Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.
Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

