Yaşı 18-dən az olanlara qadağandır
Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.
ARANTV.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

