Sosial 

Deputat DİMi tənqid etdi: “Buraxılış imtahanları yenidən keçirilsin”

Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb.

ARANTV.AZ-ın xəbərinə görə, deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur.

“Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, – deyə A.Badamov əlavə edib.

Daha çox xəbərlər