Sosial 

Azərbaycanda 15 yaşlı qızı ƏRƏ VERDİLƏR – FOTO

Azərbaycanda 15 yaşlı qızı ərə veriblər.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə “Səni axtarıram” verilişinə müraciət edən və qızı Günayı axtaran ana danışıb.

O bildirib ki, Günay 15 yaşında ailə qurub:

“Kürəkənimlə qızım bir-birini sevirdilər. Oğlan qızımdan əl çəkmədi. Ona görə də mən ailə qurmaqlarına icazə verdim. Qızımın toyu Ucarda oldu. Mən də toyda iştirak etmişəm. Sonra Günayla kürəkənim yola getmədiklərinə görə boşandılar. Günay 2 yaş 10 aylıq qızı ilə bizimlə qalırdı. Rəfiqəmin qızı Şəhla dedi ki, Rusiyada kafedə iş var, razıyamsa məni də aparsın. Əvvəl razı olmadım. Günay getmək istədikdə isə razılıq verdim. Özüm də Rusiyada işləmişəm. 10 gündən sonra Günay və Şəhla Bakıya geri qayıtdılar. Onlar 1 gün evdə qalıb, yenidən Rusiyaya getdilər. Şəhlanın sözlərinə görə, müdir mütləq işə çıxmalı olduqlarını deyib”.

Azərbaycanda 15 yaşlı qızı ƏRƏ VERDİLƏR - FOTOAzərbaycanda 15 yaşlı qızı ƏRƏ VERDİLƏR - FOTO

Daha çox xəbərlər