Heydər Əliyev: Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur – VİDEO
“Azərbaycanın milli maraqlarını hər zaman uca tutan ulu öndər Heydər Əliyev – “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyirdi və hər zaman Qarabağ torpaqlarının azad olunacağına inanirdı.”
ARANTV.AZ xəbər verir ki, bu fikirlər SOCAR-ın “telegram” səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.
Paylaşımda qeyd olunub, ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Qarabağ torpağında dalğalanır: “Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiram və böyük hörmət hissi ilə yad edirik.”

