Dünya 

Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri parlamentdə çıxışı zamanı deyib.

Bununla belə o bildirib ki, hakimiyyətə gəldiyi müddətdə müharibə ilə bağlı geri dönmək artıq mümkün deyildi:

“Müharibədən sonra mən dəfələrlə 2018-ci ilin aprelinə qayıtmışam və bütün fəaliyyətimi düşünmüşəm. Mən öz fəaliyyətimi olduğu kimi təkrarlamazdım, amma həmin dövrdə Qarabağ münaqişəsi ilə bağlı “geri dönüş nöqtəsi” artıq keçilmişdi”.

Daha çox xəbərlər