Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
Türkiyə İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidində fələstinlilərə qarşı səs bombası və həddindən artıq güc tətbiq etməsini pisləyir və onlara qarşı hücumların dərhal dayandırılmasına çağırıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik qeyd edib: “Fələstin torpaqlarında zorakılığın qarşısını almağın yeganə yolu İsrailin məsuliyyətə cəlb olunmasıdır”.

