Dünya 

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 49-a çatıb

İsrailin raket zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 43-ə çatıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, ölənlərdən 13-ü uşaqdır. Yaralıların sayının 269 nəfər olduğu qeyd olunub.

“Haaretz”in məlumatına görə, HAMAS-ın tank əleyhinə raket zərbəsi nəticəsində yaralanan üç nəfərdən biri ölüb, bununla da İsrail tərəfdən ölənlərin sayı 6-ya çatıb.

Həlak olan şəxsin hərbçi olduğu bildirilir.

Daha çox xəbərlər