Səngəçalda ağır qəza, YARLILAR VAR
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, 2005-ci il təvəllüdlü Abışova Duyğu Rafiq qızı və 1988-ci il təvəllüldü Əhmədova Gülnarə Cavanşir qızı xəsarət alıb.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı D. Abışovaya sol mil sümüyünün qapalı sınığı, G. Əhmədovaya sol mil-bilək oynağının sınığı diaqnozu qoyulub.
Yol qəzası ilə bağlı araşdırma aparılır. / “Report”

