Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
Kolumbiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:55-də Los Santos bələdiyyəsində (Santander Mərkəzi Departamenti) baş verib. Təkanların ocağı 154 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

