Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Çinin “Tianven-1” Mars kəşfiyyat vasitəsi uğurlu eniş edib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Milli kosmik idarəsi məlumat verib.
Avtomatik planetlərarası stansiya “Tianven-1” 23 iyul 2020-ci il tarixində Çinin cənubundakı Haynan əyalətində yerləşən Venchan kosmodromundan “Çançjen-5” raket daşıyıcısının vasitəsi ilə orbitə buraxılıb. Aparat Marsın orbitinə fevral ayında çatıb.

