Sosial 

Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib

Ötən həftə ərzində 139,5 hektar ərazi minalardan təmizlənib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, may ayının 10-dan 16-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanıb.

Daha çox xəbərlər