Vilayət Eyvazov Gəncəyə yeni rəis TƏYİN ETDİ
Daxili İşlər orqanlarında yeni təyinat olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Eldar Əliyev Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə rəis təyin edilib.
Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaütə göndərilən polis polkovniki Mayis Əhmədovu əvəz edirdi./Oxu.Az

