Siyasət 

Azərbaycan həqiqətlərini dünyaya çatdıran Lider

Uzun illərdir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə balanslı xarici siyasət aparır. Beynəlxalq ekspertlər də öz şərhlərində dəfələrlə vurğulayıblar ki, ölkəmizin bu uğurlu siyasəti geosiyasi baxımdan daim dəstəklənir. Bakı müxtəlif geosiyasi güc mərkəzləri ilə mükəmməl əlaqələr qurmaqdadır.

İkinci Qarabağ savaşı dövründə Ali Baş Komandanın uğurlu xarici siyasəti sayəsində dünyanın bir çox aparıcı dövlətləri, xüsusilə Türkiyə, Pakistan, Əfqanıstan, Böyük Britaniya, Ukrayna, İsrail və başqa ölkələr mənəvi dəstək göstərdilər. Qoşulmama Hərəkatına üzv dövlətlər (özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat) siyasi baxımdan yanımızda oldular. Xatırladaq ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Bir daha yada salaq ki, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə nəinki döyüş meydanında, eyni zamanda, informasiya müharibəsində düşmənlərə, Ermənistana havadarlıq etmək niyyəti ilə qərəzli fikir bildirənlərə qalib gəldi.  Ölkə rəhbərliyi tərəfindən istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xüsusən effektiv xarici siyasət davam etdirildi.

Müharibənin davam etdiyi günlərdə dünya KİV-lərinə 4 dildə 30-a yaxın müsahibə verən Prezident İlham Əliyevin məntiqli fikirləri, beynəlxalq mediada və siyasi arenada maraq doğurdu. Prezident İlham Əliyev çağdaş tariximizdə daha bir yeniliyin müəllifi oldu. Xocalı soyqırımının ildönümü günündə dörd saatdan çox davam edən mətbuat konfransında dövlət başçısı 35-dən çox dünya kütləvi informasiya vasitəsinin nümayəndəsinin dörd dildə 50-yə yaxın sualını cavablandırdı. Bu mətbuat konfransında xalqımızı və dövlətimizi qələbəyə aparan amilləri, daxili və xarici siyasətdəki mövcud vəziyyəti və perspektivləri təfəərrüatlı və hərtərəfli izah edən Prezident İlham Əliyev zəmanəmizin görkəmli dövlət və siyasi xadimi olduğunu təsdiqlədi. Bir çoxları bu mətbuat konfransını mahir diplomat, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müvəfəqiyyətlə verdiyi imtahana da bənzətdi. Amerika, Avropa, Asiyadan olan media nümayəndələrinin suallarını (bəzən provokasion, heç də asan olmayan)  sakit, təmkinli, aydın şəkildə, məntiqi ardıcıllıqla cavablandıraraq onları yalnız İkinci Qarabağ savaşında baş verənlər haqqında deyil, həmçinin gələcək perspektivlər, Qarabağda və bölgədə gedən proseslər barədə də  məlumatlandırdı.

Azərbaycan ictimaiyyəti artıq İkinci Qarabağ müharibəsi dövründə demək olar ki, hər gün beynəlxalq media nümayəndələri ilə görüşən, onların suallarını cavablandıranəvəzolunmaz Liderinin virtuoz ustalığının şahidi oldu. Bu görüşlərin hər birində Azərbaycan xalqının, dövlətinin maraqları peşəkarlıqla qorunurdu.

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə də dövlətimizin başçısı bir daha özünün qlobal Liderlik kefiyyətlərini nümayiş etdirdi. Tədbir iştirakçılarının suallarını cavablandıran Prezident İlham Əliyev beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytardığımızı xüsusi vurğulayaraq Ermənistanın hal-hazırda siyasi, iqtisadi, hərbi cəhətdən tam asılı olduğunu dedi.   Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postkonflikt mərhələdə cənab İlham Əliyevin yeni informasiya strategiyası Ermənistan  və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynayır.

Daha çox xəbərlər