Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi,
Səudiyyə Ərəbistanının Kralı”.

