Hansı karantin qadağaları LƏĞV OLUNACAQ?- AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb.İyunun 1-də ölkədə xüsusi karantin rejiminin müddəti başa çatır. İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hansı məhdudiyyətlərin ləğv edilməsidir.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
“Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydalarının yumşaldılması və yaxud sərtləşdirilməsi həyata keçirilir. Hazırda yaranmış situasiya karantin qaydalarının sərtləşdirilməsini yox yumşaldılmasını tələb edir.
Hesab edirəm ki, karantin qaydalarının yumşaldılması prosesində ilk öncə açıq havada maska taxılması qadağası aradan götürülməlidir. Sonrakı mərhələdə isə idman zallarının açılması, o cümlədən, toyların və digər kütləvi tədbirlərin müəyyən bir formatda həyata keçirilməsi məsələsi durur.
Görünən odur ki, biz artıq yavaş-yavaş kollektiv immunitetə yaxınlaşırıq”.

