Dünyada indiyədək koronavirusdan vəfat etmiş səhiyyə işçilərinin sayı açıqlanıb
Koronavirus pandemiyası səbəbindən dünyada səhiyyə sahəsində çalışan 115 minədək işçi vəfat edib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bildirib.
O qeyd edib ki, hesabat hələlik tam dəqiqləşməsə də, ən azı 115 min səhiyyə işçisinin insanların sağlamlığının keşiyində durarkən koronavirusdan vəfat etdiyi güman olunur.

