Bakıda yanğınsöndürən maşın “KAMAZ”la toqquşdu, xəsarət alanlar var
Bakıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Yanğınsöndürmə avtomobili hərəkətdə olarkən “KAMAZ” markalı yük maşını ilə toqquşub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

