Dünya 

Çində kömür mədənində qəza, 6 şaxtaçı ilə əlaqə kəsilib

Çinin şərqində Şandun vilayətində kömür mədənində tavanın çökməsi nəticəsində 6 şaxtaçı dağıntılar altında qalıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə çərşənbə günü Pekin vaxtı ilə saat 23:06-da (Bakı vaxtı ilə 19:06-da-red.) baş verib.

Xilasedicilər şaxtaçıları axtarır. Mədənin çökməsinin səbəbi aydınlaşdırılır, istintaq aparılır.

Daha çox xəbərlər