Gündəm 

Ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub – Samir Şərifov

Ağır iqtisadi fəsadlara baxmayaraq ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial layihələrin maliyyələşdirilməsi tam təmin olunub.

S.Şərifov həmçinin qeyd edib ki, tezliklə öz doğma məskənlərinə dönəcək məcburi köçkünlərlə bağlı işlər də davam etdirilir: “Eyni zamanda ötən il hərbi qulluqçulara 485 mənzil verilib”.

Daha çox xəbərlər