Yasamalda yeni işıqforlar quraşdırılıb – FOTO
Piyadaların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yasamal rayonu, Nəriman Nərimanov prospekti 125 ünvanında yeni işıqforlar quraşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən küçədə yeni svetoforlarla yanaşı, müvafiq nişanlanma xətləri təşkil edilib. Nizamlanan eynisəviyyəli piyada keçidlərinin qarşısında panduslar inşa olunub.

