Sosial 

Mayın 31-i 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir

Mayın 31-i 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, həmin gün regionlararası 450 min sərnişinin daşınması gözlənilir: “Bu göstərici pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75 faizini təşkil edir. Yay ərzində bu nəticənin artacağı gözlənilir”.

Daha çox xəbərlər