Şuşaya gedib-gəlməkdə problem yaranacaqmı? İşçi Qrupun cavabı
“İnsanlarımızın Şuşa şəhərinə gedib-gəlməsinə heç bir əngəl olmayacaq”.
ARANTV.AZ xəbər verir ki, bu barədə deputat Qənirə Paşayeva məlumat verib.

O qeyd edib ki, giriş-çıxışla bağlı məsələlərlə əlaqədar İşçi Qrupla da əlaqə saxlanıb: “Onlar bildirdi ki, insanların şəhərə giriş-çıxışında heç bir problem olmayacaq. Sadəcə Şuşa şəhəri tam qoruğun tərkibinə daxil edilir. Bununla bağlı məsələlər qanun layihəsinə daxil edilib”.

