Sosial 

“Torpaqlarımızın hər qarşını azad etdikcə qürur hissləri keçirirdik”

Dünən Vətən müharibəsində iştirak etmiş 25 nəfər qazimiz idmançı Kamil Zeynallının təşkilatçılığı ilə Bakının məşhur restoranlarının birində İlyas Yalçıntaşın konsertində iştirak ediblər.

Tədbirdə qonaq olan qazilər Cəfərli Vətən və Hacıyev Sənan BiG.AZ-a keçdiyi döyüş yolundan danışıblar.

“2-ci Qarabağ müharibəsinin iştirakçısıyam. Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hər bir Azərbaycan vətəndaşının torpaq uğrunda döyüşmək borcudur.

Döyüş yoldaşlarımızla birgə işğal altındakı torpaqlarımızın hər qarşını azad etdikcə qürur hissləri keçirirdik”, – deyə Cəfərli Vətən bildirib.

Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak üdən Hacıyev Sənan isə bunları danışıb:

“Erməni postunu götürərkən minaya düşərək ayağımı itirmişəm. Döyüşdə komandir və əsgərlərimizin çiyin-çiyinə vuruşması məni ruhlandıran əsas məqamlardan biri idi. Birimiz yaralandıqda digərimiz, ən neytral zonada olsa belə, onu xilas edirdik. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərə can sağlığı versin”.

“Torpaqlarımızın hər qarşını azad etdikcə qürur hissləri keçirirdik”Cəfərli Vətən

“Torpaqlarımızın hər qarşını azad etdikcə qürur hissləri keçirirdik”

Daha çox xəbərlər