İranda qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb
Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hərbi Hava bazasında İran ordusuna məxsus “Northrop F 5” qırıcı təyyarəsi qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.
Dezful Hərbi Hava bazası İranın çevik reaksiya bazasıdır.
Qeyd edək ki, hələlik hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib.

