Çox yaşamaq istəyirsinizsə…
Sağlam və eyni zamanda, gümrah qalmaq istəyirsinizsə, onda mütləq Şərq təbabətinin ömrü uzadan bu sadə qaydalarına riayət etməlisiniz.
Gülün ki, ətrafınız gözəlləşsin
Heç kim üçün sirr deyil ki, bu gün biz monoton həyat yaşayırıq, hər gün təlaş içində harasa tələsirik. Çoxları üçün iş gününü baş ağrısı ilə başa vurmaq adət halına gəlib. Ətrafınızda və içərinizdə yığılan mənfi emosiyalarla bir şey etmək lazımdır. Nə qədər qəribə olsa da, bunun qarşısını almaq üçün heç nə etmək lazım deyil. Sadəcə çıxılmaz vəziyyətlə üzləşərkən hər kəsə, hətta tanımadığınız insanlara da gülümsəmək lazımdır. Belə sadə bir hərəkət sayəsində dünya dəyişir və sizi təhdid edən böyük bir narahatlıq hissi fikirlərinizi yavaş-yavaş tərk etməyə başlayır.
Gözlərinizlə həmişə ürəkdən gülümsəməyi və ürəyinizi sevgi ilə doldurmağı unutmayın. Bu, bütün xəstəliklərin qarşısının alan profilaktik tədbirdir. Kədərli, qəzəbli, depressiv olduğunuz, ağladığınız və ya sinirli olduğunuz zaman orqanlar zəhərlər ifraz edir, ancaq xoşbəxt, xoşsimalı və gülərüz olsanız, bədəniniz daha sağlam olacaq.
Lazım olduğundan çox danışmayın
Daha az danışın, nə demək istədiyinizi, nə vaxt və necə söyləyəcəyinizi diqqətlə seçin. Keçmiş və gələcək haqqında az düşünün. Onlar səbəbsiz narahatçılıq doğurur, narahatçılıq isə stress yaradır.
Beyin gücünü inkişaf etdirin
Bir çox dillərdə, o cümlədən çin dilində ağıl və ürək eyni sözlə ifadə olunur. Şəxsi ambisiyaları bir kənara qoyub mənəvi kamilliyə yüksəldiyiniz və ürəyinizi sevgi ilə genişləşdirdiyiniz zaman siz xəstəliklərdən xilas olmağın yolunu tapırsınız.
Başınıza və ayaqlarıza fikir verin
«Başınızı soyuq, ayaqlarınızı isti saxlayın» məsəlinə əməl etmək vacibdir. Bu yolla siz başınızda narahatlıq yaradan, hətta xəstəliklərə gətirib çıxara bilən çox enerji yığılmasının qarşısını alacaqsınız.
Başa güclü enerji axını getməsi qan təzyiqini yüksəldə bilər. Enerjini ayaqlara yönləndirməklə təzyiqi aşağı sala bilərsiniz. İnfaktın qarşısını almaq üçün davamlı olaraq ayaqları isti saxlayın. Odur ki, dabanlarınızı ovaraq masajla isidin.
Boynunuzu isti saxlayın
Bədənin başa gedən çox əhəmiyyətli qan damarları və sinirləri boyunda yerləşir. Odur ki, çalışın həmişə boynunuzu isti saxlayın. Çox gərgin və uzun müddət bir nöqtəyə baxmayın, çünki bu çox zərərlidir.
Düzgün qidalanın
Yeməkdən sonra uzun müddət oturmaq və yatmaq lazım deyil, bu, ömrünüzü qısaldır. Süfrədən tam doymamış qalxın, daha sonra qısa yürüşə çıxın və heç bir halda yatmazdan əvvəl yemək yeməyin.
Az-az, amma tez-tez yeyin, bu zaman həzm sistemi yaxşı işləyəcək . İlk növbədə sulu, daha sonra quru xörəklər yeyin. Yeməkdən əvvəl nəfəs almalı və mütləq bir az təmiz hava qəbul etməlisiniz.
Yazda daha ədviyyəli qidalar, yayda daha çox qaynadılmış, payızda daha acı və qışda az duzlu yeyin, amma duzun miqdarına hər bir zaman diqqət edin. Əgər çox yemisinizsə, üstündən su çox içməyin . Acqarına çiy meyvələr yeməyin, çünki onlar diaqfraqmadan yuxarı orqanları isidir.
Bu qaydalara diqqət yetirin
Həddindən artıq çox gəzmək sümük bağlarını yorur.
Çox oturmaq əzələlərə zərərlidir. Uzun müddət ayaqüstə qalmaq sümükləri ziyandır. Uzun müddət yatmaq həyat enerjisinə mənfi təsir edir.
Dişlərinizi fırçalayın
Səhər tezdən, günorta saatlarında, nahardan və şam yeməyindən sonra dişlərinizi fırçalayın və yeddi dəfə ağzınızı yuyun. Bu, ömrü uzadıb , sümükləri, dişləri, əzələləri, dırnaqları və saçları gücləndirəcək.

