Maraqlı 

Arı zəhəri kosmetik vasitə kimi

Son illər ərzində alimlər tərəfindən arı zəhərinin kosmetik özəlliyi müəyyənləşdirilib. Cənubi Koreyanın Kənd Təsərrüfatı Elmləri üzrə Milli Akademiyasının doktoru San Mi Xan arı zəhərində dərinin elastikləşldirmək funksiyasının olduğunu aşkar edib. Alim araşdırma nəticəsində arı zəhərinin kollagen maddəsinin aktivləşdirdiyini, kollagenin isə dərini elastikləşdirdiyini müəyyənləşdirib. Alimlər artıq arı zəhərindən hazırlanmış kosmetik vasitələrdən sonra botoksa ehtiyac qalmayacağını bildirirlər. San Mi Xan , eyni zamanda, arı zəhəri terapiyasının dəri hüceyrələrindəki keratinosit maddəsinin miqdarını artırmaq funksiyasının olduğunu iddia edir.

Alim araşdırma nəticəsində bu maddənin hüceyrələrdə konsentrasiyasının artması zamanı dəridə xüsusi ətraf mühitin təsirlərinə qarşı qoruyucu təbəqənin yaranmasına səbəb olduğunu aşkar edib.

Daha çox xəbərlər