Siyasət 

Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

ARANTV.AZ  xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycana və dost xalqınıza davamlı inkişaf və rifah arzulayıram”.

Daha çox xəbərlər