Siyasət 

Tailand Kralı Azərbaycan Prezidentini təbrik edib

Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

ARANTV.AZ  xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Daha çox xəbərlər