Gəncədə şirkətdən süd və kompot oğurlanıb
Gəncədə şirkətdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il aprelin 20-dən cari il iyunun 1-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki “Aqrar Tədarük və Təchizat” ASC-dən 2 ton 328 litr süd və 636 litr kompot oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Məmmədov saxlanılıb.

