Sosial 

Qeysəriyyə əməliyyatından qısa zaman sonra olan hamiləliyi sonlandırmayın – Həkim

Qeysəriyyə əməliyyatı ilə yeni ana olan qadın təkrar hamilə qalarsa, hamiləliyi pozmağa ehtiyac yoxdur.

ARANTV.AZ  xəbər verir ki, bunu tanınmış ginekoloq Natiq Məhərrəmov deyib.

“Düz bir il əvvəl bir xanımı qeysəriyyə əməliyyatı etdik. Üstündən heç 3 ay ötməmiş testi pozitiv çıxdı deyə yenə gəldi.  Hamiləliyi pozub-pozmamaq barədə soruşdu. Bir-iki həftə sonra əkiz olduğunu gördük. Əkiz olsa belə, hamiləliyi pozmağa ehtiyac yoxdur” – həkim söyləyib.

Həkim uşaqların çəkisinin və sağlamlığının qaydasında olduğunu bildirib.

 

 

Daha çox xəbərlər