Sosial 

Bakıdan əhali ən çox bu rayonlara gedir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar tam olaraq əvvəlki qaydada xəttlərə buraxılıb.

Bunu Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəti Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, xəttə iri tutumlu avtobuslar buraxılıb. Onun sözlərinə görə, hazırda ən çox istiqamətlər Bakıdan çıxışlardır: “Bakıdan regionlara çıxışlar çoxdur, xüsusilə Bakıdan Gəncə, Şəki, Qax, Zaqatala, Lənkəran, Quba istiqamətində sərnişin axını daha çoxdur”.

N.Allahyarova bildirib ki, avtobuslar tələbata uyğun təmin edilir: “Alınan bilətlərin sayına uyğun avtobuslar xəttə buraxılır. Əgər tələbat artsa avtobuslar təmin ediləcək”.O əlavə edib ki, həm sürücünün, həm də sərnişinlərin avtobuslarda tibbi maskadan istifadə edilməsi tələb kimi qoyulub.

Daha çox xəbərlər