Azərbaycanda məhkumlar peyvənd olunur
Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun olaraq aparılır.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 50-dən yuxarı olan məhkumlara artıq ikinci doza vaksinin vurulması yekunlaşmaq üzrədir.
“40 yaşdan yuxarı məhbuslara birinci doza vaksin vurulub. Vaksinasiya strategiyasına uyğun olaraq 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir”, – deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

