Çində sərnişin qatarı 9 nəfəri vuraraq öldürüb
Çinin Uyğur Muxtar Vilayətinin inzibati mərkəzindən – Urumçi şəhərindən Zejianq əyalətinin Hançjou şəhərinə gedən sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 9 dəmir yolu işçisi dünyasını dəyişib.
Hadisə Qansu vilayətinin Jinçanq mahalında yolun 401 kilometrliyində qeydə alınıb.
Qataraın tam sürətlə hərəkət etdiyi bildirilib.Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır.

