Sosial 

“Ramiz Mehdiyevin səhhəti qaydasındadır. İşinin başındadır” – AMEA

11:58

AMEA prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

Elmlər Akademiyasının mətbuat xidmətinin rəhbəri Leyli Namiqqızı bunu təkzib edib:

“Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ramiz müəllimin səhhəti qaydasındadır. İşinin başındadır və vəzifəsini icra edir”.

10:27

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

Daha çox xəbərlər