Şəhid jurnalist dəfn olunub – FOTO
Kəlbəcərdə minaya düşərək həlak olan Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov dəfn edilib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, vida mərasimi yaşadığı Binəqədi rayonunda Məhərrəm İbrahimovun evində keçirilib. Şəhid jurnalist Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində dövlət rəsmiləri, vətəndaşlar və mərhumun yaxınları iştirak ediblər.
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.



