7 şagirdin nəticəsi ləğv olunub
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2-3 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 7 şagirdin nəticəsi ləğv olunub.
ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin şagirdlər tələb olunan qaydaları pozduğu üçün nəticələri ləğv olunub. Qeyd edək ki, imtahan nəticələri bu gün açıqlanıb.

