Sosial 

Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin olunub.

ARANTV.AZ  Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Ruslan Rəhimov Astara DYP-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ DYP-də rəis müavini vəzifəsində çalışıb.

Daha çox xəbərlər