Bosniya və Herseqovina nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etməkdir.
Nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olacaqlar.

