Sosial 

Ayaqlarınızın sağlam və gözəl olmağını istəyirsinizsə…

Hamımıza məlumdur ki, Hollivud məşhurları arıqlamaq üçün tanınmış məşqçilərə müraciət edirlər. Həmin tanınmış məşqçilərdən biri olan  Harley Pasternakın sözlərinə görə, ayaqlarınızın  daha sağlam və gözəl olması üçün bu   hərəkətləri  yerinə yetirmək lazımdır.

Ayaqları və qolları çiyin bərabərində yanlara açın. Sol ayağınızı geriyə tərəf əyin və çarpaz olaraq sağ ayağın arxasına qoyun. Bu zaman sağ qolunuzu yana tərəf uzadın və sol qolu sağa tərəf aparın. Daha sonra bu hərəkəti o biri ayağınızda da təkrarlayın və hər bir tərəfdə 20 dəfə təkrarlayın.

İki ayağınızı çiyin bərabərində açın və dizləri azca bükün. Əllərinizə 2 kq-lıq ağırlıq alın. Nəfəs alın və ombanızı arxaya geriyə çəkin. Qolları yavaşca ayaqlara tərəf endirin. Yavaşca qalxın və başlanğıc vəziyyətinə gəlin. Bu hərəkəti 20 dəfə təkrarlayın.

Üzü üstə yerə yatın və dirsəkləri yerə qoyaraq əllərinizi öndə birləşdirin. Daha sonra sol ayağınızı sağ topuğun üzərinə qoyun. Dizlərinizi bükün və sağ ayağınızı işlədərək sol ayağı ağırlıq kimi yerdən qaldırın və endirin. Daha sonra eyni hərəkəti o biri ayaqla təkrar edin. Bu hərəkəti də 20 dəfə təkrarlamaq lazımdır.

Buna “körpü” hərəkəti deyirlər. Qolları yana açaraq uzanın. Ovuc içlərini yerə basın və dizləri bükün. Bu hərəkət ayaqdan başqa, qarın və omba əzələlərini də gücləndirir. Gövdəni düz saxlayaraq çiyindən dizlərə qədər bədəninizi yuxarı qaldırın. Bədəninizi 25 saniyə yuxarıda saxlayın. Bu hərəkəti 3 dəfə təkrarlayın.

Daha çox xəbərlər