Hadisə 

Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində axtarışda olan- Yaqubov Həsən Rizvan oğlunun (16 yaş), Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

21:15

Cəlilabadda bədbəxt hadisə olub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Gülməmmədli kəndində baş verib.

Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən üç azyaşlı oğlan suya yıxılaraq boğulub.

İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub.

Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Daha çox xəbərlər