Sosial 

Müharibə əlillərinə avtomobil veriləcək

“Yaxın zamanlarda müharibə əlillərinə avtomobil verilməsinə başlanılması nəzərdə tutulur”.

ARANTV.AZ  xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.

O bildirib ki, bu, növbəyə duracaq şəxslərin sayına əsasən veriləcək: “Bu il də maksimum çalışılacaq ki, həmin şəxslərə avtomobil təqdim olunsun. Bu proses yekunlaşmaq üzrədir. Ötən illərdən növbədə qalan şəxslərin əksəriyyətinə avtomobil verilib və say azalmağa doğru gedir”.

Daha çox xəbərlər