Dünya 

Ermənistanda COVID-19-a yoluxanların sayı 223 555 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 223 555 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4482 nəfərə yüksəlib.

Daha çox xəbərlər