Siyasət 

Ərdoğan NATO-da mina məsələsini gündəmə gətirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı məsələni gündəmə gətirəcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, NATO sammiti çərçivəsində ikitərəfli görüşlərdə mina mövzusunu gündəmə gətirəcək: “Bu mövzu ilə maraqlananlara deyəcəyik, əvvəlcə bu məsələni həll edək”.

Bundan əlavə, Ərdoğan fransalı həmkarı Emmanuel Makronla da görüşəcəyini diqqətə çatdırıb: “Onunla da görüşəcəyik. Türkiyə-Fransa münasibətlərinin müsbət və mənfi tərəflərini müzakirə etmək fürsətimiz olacaq”.

Daha çox xəbərlər