Sosial 

Olimpiya stadionuna hansı maşınlar daxil ola bilər? – RƏSMİ

“Bəzi nəqliyyat vasitələrinin stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.

ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Real” TV-yə müsahibəsində məlumat verib.

E.Hacıyev bildirib ki, stadiona buraxılacaq avtomobillər yaradılan mühafizə, təhlükəsizlik tədbirləri ilə bağlı bir neçə yoxlamalardan keçiriləcək:

“Yoxlamalardan sonra nəqliyyat vasitələrinin stadion ərazisində daxil olmasına icazə veriləcək”.

Daha çox xəbərlər