Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində son sutka ərzində 20 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 471-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 352 xəstə sağalıb.
Ölkədə 483 aktiv koronavirus xəstəsi var ki, onlardan da 14-nün vəziyyəti ağır qiymətləndirilir.

