Dünya 

Gürcüstanda koronavirusa yoluxanların sayı 355 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1092 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 355 368, xəstəlikdən ölənlərin sayı isə 5 083 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 341 103 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər