Siyasət 

Ərdoğan Azərbaycanla Türkiyənin 2023-cü il üçün hədəfindən DANIŞDI

“Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Şuşada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, şəxsiyyət vəsiqəsilə gediş-gəliş iki ölkə arasında münasibətləri daha da dərinləşdirir.

R.T.Ərdoğan qeyd edib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin 2023-cü ildə 15 milyard dollara çatdırılması istiqamətində işlər görülür.

Daha çox xəbərlər